"Zirə"nin rəqibində oyun günü şok ayrılıq: Əsas forvardı BƏƏ klubuna keçdi

11:34 - 8 Avqust 2024

Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Osiyek”də şok ayrılıq yaşanıb. 

Sportal.az xəbər verir ki, Xorvatiya mətbuatı Ramon Mieresin BƏƏ-yə getmək qərarını məhz şok ayrılıq kimi təqdim edib.

"Germanijak" portalının məlumatına görə, "Dinamo"(Zaqreb) klubuna keçidi gündəmdə olsa da, argentinalı məhz BƏƏ-nin yolunu tutub. "Osiyek" son mövsümdə Xorvatiya liqasının bombardirini BƏƏ klubuna satıb. Transferin təfərrüatları, o cümlədən klubun adı və transfer qiyməti açıqlanmır. 

Mieresin bu gün "Zirə" ilə matçda azarkeşlərlə vidalaşmaq şansının olub-olmayacağı, bu matçda meydana çıxıb-çıxmayacağı, yoxsa dərhal yeni klubuna getməsi hələ ki, bəlli deyil. 27 yaşlı argentinalı 4 il əvvəl İspaniyanın "Alaves" klubundan 2,5 milyon avroya “Osiyek”ə keçmişdi. O, Xorvatiya klubunda 152 oyun keçirib və 63 qol vurub. Bu mövsümün əvvəlində o, “Opus Arena”da Estoniyanın "Levadiya" klubunu 5:1 məğlub etdikləri görüşdə het-trik etmişdi. 2021-ci ildə “Osiyek” Mieres üçün Çindən gələn 8 milyon avroluq təklifi etmişdi. İndi isə onu xeyli aşağı qiymətə, təxminən 3 milyon avroya satdıqları bildirilir.

Qeyd edək ki, "Osiyek" - "Zirə" görüşü bu gün Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Mirbağırağa

Xəbər xətti