"Zirə"nin heç-heçəsi UEFA reytinqinə təsir etdi

09:34 - 9 Avqust 2024

Növbəti avrokubok oyunları UEFA reytinqinə təsir edib.

Sportal.az xəbər verir ki, “Zirə” Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın “Osiyek” klubu ilə heç-heçə edib (1:1) və 0,125 xal toplayıb.

Azərbaycanın hazırda 18500 xalı var və UEFA reytinq siyahısında 24-cü yerdədir.

Slovakiya irəlidədir – 18,750, geridə isə İsveç qərarlaşıb – 18,375. Azərbaycan mövsümə 16.750 ilə başlayıb.

Xəbər xətti