Xorvatiyanın “Osiyek” klubunun baş məşqçisi Federiko Koppitelli Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Zirə” ilə bərabərə qalmaqlarını şərh edib.
Sportal.az “sportke novosti”yə istinadən xəbər verir ki, italiyalı mütəxəssis təmsilçimizlə görüş haqda bunları deyib:
"Oyun bizim nəzarətimizdə idi. Amma bir səhv ən yaxşı nəticəni əlimizdən aldı. “Zirə”yə heç nəyə imkan vermədik. Onların hücumçularına çox yaxşı nəzarət etdik. Lakin səhvlərdən sonra inkişaf etməliyik. Biz öz oyunumuzdan əl çəkmədik. Bir anda özümüzü çoxlu yorğun insanların olduğu bir sahədə gördük. Düzünü desəm, matç zamanı məndən “Zirə”nin bizə qol vura biləcəyini soruşsaydınız, yox cavabını verərdim".
saytlarin hazirlanmasi