“Osiyek”in baş məşqçisi Federiko Koppitelli Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin “Zirə”yə qarşı Bakıda keçiriləcək cavab oyunu (ilk oyun – 1:1) haqda danışıb.
Sportal.az "gol.hr" portalına istinadən xəbər verir ki, italiyalı mütəxəssis Bakıda keçiriləcək matçla bağlı bunları deyib:
"Daha yaxşı “Osiyek”ə ümid edə bilərik. Konfrans Liqasının növbəti mərhələsinə yüksəlmək üçün əlimizdən gələni edəcəyik. “Zirə” ilə matç asan olmayacaq, amma bu, bizim yolumuzdur".
"Zirə" - "Osiyek" görüşü avqustun 15-də "Liv Bona Dea Arena"da keçiriləcək və saat 20:30-da başlayacaq.
saytlarin hazirlanmasi