"Osiyek" Styopa ilə bağlı qərarını dəyişdi - Ermənistan millisinin üzvü Bakıya gəlir?

12:58 - 13 Avqust 2024

Konfrans Liqasının üçüncü təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Osiyek" bir futbolçusunu Bakıya gətirməyəcək.

Sportal.az saytına verilən məlumata görə, Xorvatiya klubu Ermənistan millisinin üzvü Styopa Mkrtçyanı Bakıya gətirmək fikrindən daşınıb.

Əslində, "Osiyek" rəhbərliyi öncə onu Azərbaycana gətirməyi planlaşdırıb və bununla bağlı "Zirə"yə müraciət etmişdi. Onun təhlükəsizliyinə də təminat verilib.

Lakin sonradan Xorvatiya klubu siyasi məsələləri əsas götürürək erməni futbolçusunu paytaxtımıza gətirmək fikrindən daşınıb. Halbuki Azərbaycan tərəfi Styopanın gəlişində heç bir problem yaratmamışdı.

Sırf "Osiyek" tərəfi Mkrtçyanın Xorvatiyada qalmasını istəyib.

Qeyd edək ki, "Zirə" - "Osiyek" görüşü avqustun 15-də "Liv Bona Dea Arena"da keçiriləcək və 20:30-da başlayacaq.

Xəbər xətti