"Oxiyek" Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "Zirə"nin qonağı olacaq.
Sportal.az xəbər verir ki, Xorvatiya təmsilçisinin baş məşqçisi Federiko Koppitelli komanda Azərbaycana yola düşmədən öncə klubun mətbuat xidmətinə açıqlama verib. İtalyan mütəxəssis ilk matçın 90+4-cü dəqiqəsində buraxdıqları qolu xatırladıb:
"İlk matçda keyfiyyətli komandaya qarşı çox yaxşı oyun keçirdik. Bu onu göstərir ki, 93 dəqiqə ərzində rəqibə qarşı möhtəşəm çıxış bəzən qələbə üçün kifayət etmir. Bununla belə, bu, bizə inam verir, eyni zamanda, "Zirə"nin dəyərini göstərir. Lakin onlar bizim yeganə səhvimizdən istifadə etdilər. Qələbəyə layiq olsaq da, oyun heç-heçə başa çatdı. Onların artıq ev sahibi olmaları bizə cavab görüşünün çətin olacağını deyir. Düşünürəm ki, yaxşı hazırlaşıb, yaxşı oyun keçirmək üçün kifayət qədər enerjimiz və həvəsimiz olacaq”.
saytlarin hazirlanmasi