Xorvatiyanın "Osiyek" klubunun kapitanı Darko Neyaşmiç Konfrans Liqası III təsnifat mərhələsinin "Zirə" ilə cavab görüşündən öncə açıqlama verib.
Sportal.az xəbər verir ki, 25 yaşlı dayaq yarımmüdafiəçisi klubun rəsmi saytına açıqlama verib. Xorvatiyalı futbolçu keyfiyyət baxımından "Zirə"dən üstün olduqlarını bildirib:
"Bakıya qələbə üçün gedəcəyik. Biz mütləq qalib gəlməliyik. Bu vəziyyətdə nəticə oyundan qat-qat önəmlidir. Bu barədə düşünməli və irəliləmək üçün əlimizdən gələni etməliyik. Düşünürəm ki, bizdə keyfiyyət rəqibdən daha yüksəkdir. İlk matçda yaxşı oynadıq. Amma sonda o axmaq qolu buraxdıq. Minimum 1:0 hesabı bizi qane edə bilər. Bazar-cümə axşamı-bazar ritmində hazırıq, yaxşı formadayıq və özümüzü yaxşı hiss edirik. Oyun əlavə vaxta da gedə bilər. Özümüzə və müsbət nəticəyə inanırıq".
saytlarin hazirlanmasi