"Zirə"nin Avropa Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, bu gün Macarıstanda yerli "Fehervar" "Omoniya"nı qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İki oyunun nəticəsinə əsasən, 3:0 hesablı üstünlük əldə edən Kipr təmsilçisi pley-offa yüksəlib.
"Zirə" sabah "Osiyek" səddini keçə bilsə, pley-off mərhələsində "Omoniya" ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi