"Zirə"nin futbolçusu Qismət Alıyev Sportal.az saytına açıqlama verib. Qəsəbə klubunun kapitanı bu gün Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin "Osiyek"ə qarşı keçirəcəkləri cavab görüşü haqda danışıb.
Alıyevin fikrincə, komandası bu gün ağır matça çıxacaq. O, növbəti mərhələ uğrunda sona qədər mübarizə aparacaqlarını deyib:
"Avrokuboklarda asan matç olmur. Çünki hər bir koamnda öz liqasında uğurlu nəticələr qazanaraq, avrokuboklara vəsiqə qazanır. Hansı komandanın favorit olduğu barədə nəsə demək istəməzdim. İki komandadan hansı daha istəkli, daha diqqətli olsa, pley-off mərhələsinə adlayacaq. "Osiyek"in gücünü elə Xorvatiyadakı matçda gördük. Baş məşqçimiz ilk oyundakı səhvlərimizlə bağlı bizə tapşırıqlarını verib. İlk oyundakından da artığını etməliyik ki, mərhələ adlayaq. Mübarizəmizi sona qədər aparacağıq. Ümidvaram ki, mərhələ adlayan tərəf biz olarıq".
Qeyd edək ki, bu gün keçiriləcək "Zirə" - "Osiyek" görüşünə 20:30-da start veriləcək. Qarşılaşma "Liv Bona Dea Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi