Xorvatiya mətbuatı Bakıdakı matç barədə: "Osiyek" üçün mövsümün ən vacib oyunudur"

13:18 - 15 Avqust 2024

Xorvatiya mətbuatı Konfrans Liqasının üçünücü təsnifat mərhələsinin bu gün Bakıda keçiriləcək “Zirə” – “Osiyek” görüşündən (ilk oyun – 1:1) yazıb.

Sportal.az xəbər verir ki, “Germanijak” portalı "Zirə"yə qarşı matçın Xorvatiya klubu üçün vacib görüş olduğunu qeyd edib:

"Osiyek"i kifayət qədər çətin səfər matçı gözləyir. Onlar Azərbaycana heç bir üstünlük olmadan yollanıblar. Çünki ilk görüşdən sonra 1:1 heç nə demək deyil. Müdafiədə də itkilər var: Duarte oynamayacaq. Styopa Mkrtçyan isə Azərbaycanla Ermənistan arasındakı gərginliyə görə səfəri yarımçıq qoyub. Düzdür, Çviyanoviç, Yurişic və Neyaşmiç stoper mövqeyində oynaya bilər. Ona görə də onlardan birinin ilk dəqiqələrdən meydana çıxması mümkündür.

Hazırda bu, “Osiyek” üçün mövsümün ən vacib oyunudur. Məqsəd təsnifat mərhələnin pley-off mərhələsinə vəsiqə qazanmaq, daha sonra növbəti rəqibi “Omoniya”ya qalib gələrək turnirin əsas mərhələsinə yüksəlməkdir. Bu, klub və ümumilikdə Xorvatiya futbolu üçün böyük uğur olardı. Bunun üçün “Osiyek”ə yalnız bu gün qalib gəlmək lazımdır. Klub başa düşür ki, futbolçular çox iş görməli olacaqlar. Müdafiədə Frederiko Kopitellinin xüsusi problemi yoxdur. Bütün digər oyunçular oynamağa hazırdır".

Qeyd edək ki, “Zirə” – “Osiyek” matçı bu gün 20:0-da “Liv Bona Dea Arena”da keçiriləcək.

Xəbər xətti