UEFA Konfrans Liqası pley-off mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Omoniya" - "Zirə" matçının hakimləri açıqlanıb.
Sportal.az xəbər verir ki, görüşü Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Oyunun baş hakimi Yuri Frişer olacaq. Ona laynsmanlar Veiko Motsnik və Sander Sagq köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Kristo Külljastinen yerinə yetirəcək.
Matçın VAR hakimləri də bəllidir. Video Köməkçi Hakim Kristo Tohver təyin olunub. Yonas Yanovits kömək edəcək.
Qeyd edək ki, "Omoniya" - "Zirə" qarşılaşması 22 avqust tarixində Bakı vaxtilə saat 21:00-da GSP stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi