"Zirə"nin Konfrans Liqasının pley-off mərhələsində Kiprin "Omoniya" klubu ilə keçirəcəyi cavab matçının da hakimləri məlumdur.
Sportal.az xəbər verir ki, Bakıda baş tutacaq oyunda ədaləti Latviyadan olan hakimlər briqadası qoruyacaq.
Görüşün baş hakimi Vitaliys Spasyonnikovs olacaq. Ona VAR-da həmyerliləri Andreys Qluhoş və Yevgeniys Keziks kömək edəcək.
Qeyd edək ki, "Zirə" - "Omoniya" qarşılaşması 29 avqust tarixində saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Komandalar arasında ilk oyun isə bundan bir həftə əvvəl Kiprdə keçiriləcək.
saytlarin hazirlanmasi