Konfrans Liqasının pley-off mərhələsində "Omoniya" ilə qarşılaşacaq "Zirə" ilk oyununu səfərdə keçirəcək.
Sportal.az saytına verilən məlumata görə, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu gün Kiprə yollanacaq.
"Zirə" 16:00-da Bakı hava limanından çarter reysi ilə Kiprin Larnaka şəhərinə uçacaq.
Təmsilçimiz Larnakadan avtobusla 40 dəqiqəlik məsafə ilə Nikosiyaya yollanacaq.
Qeyd edək ki, "Omoniya" - "Zirə" görüşü avqustun 22-də GSP stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi