Azərbaycan milli komandasının sabiq üzvü Ağabala Ramazanov məşqçiliyə başlayacaq.
Sportal.az saytına verilən məlumata görə, Ramazanov "Zirə"də çalışacaq.
Vaxtı ilə bu komandanın futbolçusu olmuş Ağabala "Zirə"də məşqçi kimi işləyəcək. O, qəsəbə təmsilçisinin futbol akademiyasında aşağı yaş qruplarından ibarət komandalarının birinə rəhbərlik edəcək.
Qeyd edək ki, Ağabala son olaraq "Səbail"də oynamışdı. Amma o, bu klubun heyətində aldığı zədəyə görə aktiv futbolçu karyerasını başa vurmağa qərar vermişdi.
31 yaşlı veteran futbolçu "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt", "İnter"(indiki "Şamaxı"), "Qarabağ", "Səbail" klublarında çıxış edib. O, Azərbaycan millisində 18 oyuna çıxıb 1 qol vurub.
saytlarin hazirlanmasi