"Ximki"nin müdafiəçisi: "Rus dilini hələ Bakıda olanda öyrənməyə başlamışdım"

14:18 - 21 Avqust 2024

“Zirə”nin sabiq müdafiəçisi, hazırda Rusiyanın “Ximki” klubunun şərəfini qoruyan Nemanya Ancelkoviç Azərbaycandakı karyerasından bəzi epizodlarını xatırlayıb.

Sportal.az xəbər verir ki, Rusiya klubunun rəsmi saytına danışan serb ölkəmizdə yaşadığı çətinliklərindən bəhs edib:

"Dil baryeri? Rus və serb dilləri çox oxşardır. Mən rus dilini hələ Bakıda olanda öyrənməyə başlamışdım. İndi mənim üçün daha asandır. Karyeramın ən çətin anına gəlincə, Azərbaycanda oynayanda ayağım sınmışdı. Bu, 2021/22 mövsümü idi. Beş ay futboldan kənarda qaldım. Çox çətin vaxt idi. İlk növbədə psixoloji cəhətdən. Fikirlər beynimdə daim fırlanırdı. Amma mən geri döndüm və buna görə şadam".

Ancelkoviç “Zlatibor”, yoxsa “Zirə”?, Bakı, yoxsa Tolyatti?” suallarına isə belə cavab verib: “Zlatibor”u seçərdim. Çünki karyerama orada başlamışam. Bakı ilə Tolyattini müqayisə etsək, Bakını seçərdim”.
 

Xəbər xətti