"Omoniya"nın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının təsnifat mərhələsinin pley-off mərhələsinin sabah Nikosiyada “Zirə”yə qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib.
Sportal.az "Omonoinews.com"a istinadən xəbər verir ki, litvalı mütəxəssis "Zirə" ilə görüşdən gözləntiləri yüksəkdir:
"Bizi daha bir avrokubok axşamı gözləyir. Hamı biletlərdən, matça neçə nəfərin gələcəyindən danışır. Komanda həyəcanlıdır. Stadionda gözəl atmosfer gözləyirik. “Zirə”yə gəlincə, pley-offa gedən yolda layiqli rəqiblərini məğlub edən yaxşı komandadır. Bu, yaxşı oyunçu seçimi olan yaxşı təşkilatlanmış komandadır. Amma qələbələrimiz bizə inam verir. Qorxacağımız heç nə yoxdur. Azarkeşlərimizlə cavab oyunu öncəsi qədər yaxşı nəticə əldə edə bilərik. “Zirə” müdafiədə yaxşı təşkilatlanmış komandadır. Onların futbolçuları birəbir mübarizəni sevirlər. Bütün bunları keçmiş matçlarda göstərdilər və biz onları dayandırmaq üçün plan hazırlamalı olacağıq. Əminəm ki, planlaşdırdığımız hər şey meydanda həyata keçiriləcək".
Qeyd edək ki, "Omoniya" - "Zirə" matçı sabah keçiriləcək.
saytlarin hazirlanmasi