Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" - "Zirə" görüşündən əvvəl mətbuat konfransı keçirilib.
Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisinin yarımmüdafiəçisi Ceyhun Nuriyev mətbuat konfransında iştirak edib və sabahkı oyun haqda danışıb:
"Sabah çox güclü rəqiblə qarşılaşacağıq. Konfrans Liqasının pley-off mərhələsində asan komanda olmur. Həftəboyu rəqibi analiz etmişik. Sabah onu meydanda tətbiq etmək qalır. Allah qoysa, ən sərfəli nəticə ilə vətənə qayıdarıq. Cütün taleyi Bakıda həll olunacaq".
Qeyd edək ki, "Omoniya" - "Zirə" görüşü sabah keçiriləcək və oyuna Bakı vaxtı ilə 21:00-da start veriləcək.
Mirbağırağa
saytlarin hazirlanmasi