"Zirə" Konfrans Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Omoniya"ya 0:6 hesabı ilə məğlub olub.
Sportalaz xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyunu şərh etmək çətindir. Futbolda belə oyunlar olur. Rəqibdə hər şey alınır, səndə heç nə alınmır. Matçın startından bu ssenari getdi. Rəqib cərimə zərbəsini dəqiq yerinə yetirdi. Sonra gözlənilməz penalti, ilk hissənin son dəqiqələrində buraxdığımız qol... Artıq bundan sonra oyunu dəyişmək çətin idi. 6 qoldan 4-ü standart vəziyyətlərdən vurulub. Yenə deyirəm bu gün rəqibdə hər şey alınırdı, bizdə heç nə alınmırdı.
- Azarkeş təzyiqinin oyununuza təsiri oldu?
- Bu gün "Omoniya"nın azarkeşləri qələbədə böyük pay sahibidir. Bu, bizim üzərimizdə müəyyən basqı yaradırdı. Əslində ilk dəqiqələrdə bunun öhdəsindən gəlirdik. Bundan sonra gözlənilən o idi ki, oyun bərabərləşəcək. Cərimə zərbəsindən sonra rəqib daha inamlı oynamağa başladı. Azarkeşlər daha çox dəstək olmağa başladılar. Basqının qarşısında bugünkü oyunla dayana bilməzdik. Əvvəlki matçlarda bu cür azarkeş dəstəyinə qarşı oynamamışdıq. Səviyyə olaraq "Omoniya"nı "Osiyek"lə eyni tutardım. Bəlkə "Omoniya" hücumda daha sürətli idi. Bu gün hər şey rəqib üçün uğurlu oldu. Bizim üçün isə tam əksi. Belə olan halda bu cür acınacaqlı məğlubiyyətlər qaçılmaz olur.
Elçin Əlixan
saytlarin hazirlanmasi