"Zirə"yə qol vuran: "Səfərdə hələ işimiz var"

14:17 - 23 Avqust 2024

Kiprin “Omoniya” klubunun futbolçusu Amin Hammas Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Nikosiyada “Zirə” üzərində qazandıqları qələbəni (6:0) şərh edib.

Sportal.az “Omonoianews.com”a istinadən xəbər verir ki, “Zirə” ilə görüşdə komandasının ilk qolunu vuran futbolçu oyunu belə dəyərləndirib:

“Qələbəyə görə çox şadam. Stadiondakı atmosfer heyrətamiz idi. Yaxşı oynadıq və 6:0 hesabı ilə qalib gəldik. Amma işimiz hələ bitməyib. Çünki səfərdə də matçımız var. Qarşıdurmanın nəticəsi müəyyənləşib? Xeyr. Bu futboldur. Biz diqqətimizi cəmləməliyik”.

Xəbər xətti