"Zirə" lider futbolçularından birini itirib.
Sportal.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi yayda heyətinə qatdığı Junior Martinşin xidmətindən minimum iki ay yararlana bilməyəcək.
Braziliyalı yarımmüdafiəçi Premyer Liqanın 4-cü turunun "Şamaxı" ilə görüşdə zədələnərək 30-cu dəqiqədə yerini Davit Volkova buraxmışdı.
"Şamaxı" ilə görüşdə rəqib müdafiəçinin zərbəsindən sonra ayağından zədələnən futbolçu iki ay müalicə olunacaq.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2027-ci il iyunun 15-nə qədər "Zirə"yə məxsusdur.
saytlarin hazirlanmasi