"Çelsi"nin sabiq futbolçusu İngiltərəyə qayıtdı

18:39 - 10 Sentyabr 2024

"Çelsi" və "Fənərbaxça"nın sabiq futbolçusu Viktor Mozes İngiltərəyə qayıdıb.

Sportal.az xəbər verir ki, Moskva "Spartak"ından ayrıldıqdan sonra azad agent statusunda olan nideriyalı hücumameyilli yarımmüdafiəçi "Luton Taun"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu Çempionşip təmsilçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Xəbər xətti