I Liqanın daha bir oyunu "CBC Sport"da

12:33 - 14 Sentyabr 2024

I Liqanın daha bir oyunu "CBC Sport"da canlı yayımlanacaq.

Sportal.az xəbər verir ki, II turun “Baku Sportinq” – MOİK qarşılşması “CBC Sport” telekanalı vasitəsilə canlı nümayiş olunacaq. Bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

19 sentyabr saat 16:00-da başlayacaq görüş “Baku Sportinq Arena”da (Buzovna qəsəbə stadionu) keçiriləcək.

Qeyd edək ki, ilk turun "Qəbələ" - "Zaqatala" matçı da "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanıb.

Xəbər xətti