"Kəpəz"in legoneri: "Heç kim sonuncu pillədə qərarlaşmaq istəmir"

18:23 - 15 Sentyabr 2024

"Kəpəz"in portuqaliyalı qolkiperi Rojerio Santos Misli Premyer Liqasının VI turunun "Araz-Naxçıvan" oyunu haqda danışıb.

Sportal.az saytına açıqlama verən legioner qapıçı komandasının səfərdəki 0:1 hesablı məğlubiyyətini şərh edib:

"Heç birimiz uduzmaq istəmirik. Bu çox kədərlidir. Doğrudur, hələ ki, xal qazana bilməmişik. Digər tərəfdən, komandamız yenidir, baş məşqçimiz də dəyişib. Düşünürəm ki, adaptasiyadan bir müddət sonra vəziyyət düzələcək. Biz bunu dəyişməliyik. Heç kim turnir cədvəlində sonuncu pilləsində qərarlaşmaq istəmir. Mən gələcəyə nikbin baxıram. Ümid edirəm ki, qarşıdakı turlarda hər şey dəyişəcək".

Qeyd edək ki, “Kəpəz” 6 turdan sonra Premyer Liqada sonuncudur. 

Xəbər xətti