“Zirə”nin heyətinə qatdığı Ayron Qomis dərhal komandanın məşqlərinə qoşulub. Amma fransalı kollektivlə birlikdə çıxdığı ikinci məşqdə zədələnib.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi hazırda müalicə olunur. Onun 1 həftədən sonra komandaya qoşulacağı gözlənilir.
Qomisin Misli Premyer Liqasının 8-ci turunun “Kəpəz”lə görüşündə heyətdə yer alacağı ehtimal edilir. Qeyd edək ki, 24 yaşlı futbolçu 2026-cı il iyunun 30-na qədər “Zirə”yə məxsusdur. O, karyerası ərzində “Amyen”, “Dünkirk”, “Kasımpaşa”, “Salernitana” klublarında oynayıb.
saytlarin hazirlanmasi