Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda I Liqa oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
I Liqa II tur
19 sentyabr 2024-cü il tarixində I Liqanın II turunun “Qaradağ Lökbatan” – “Qəbələ” oyununun 51-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 88 nömrəli futbolçusu Tunar Mütəllimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 41);
19 sentyabr 2024-cü il tarixində I Liqanın II turunun “Qaradağ Lökbatan” – “Qəbələ” oyununun matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 73.1);
19 sentyabr 2024-cü il tarixində I Liqanın II turunun “Difai” – “İmişli” oyununun matçöncəsi iclasında “İmişli” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 73.1);
saytlarin hazirlanmasi