"Zirə"də özünü göstərə bilmədi, Asiyada oynayacaq - FOTO

16:22 - 22 Sentyabr 2024

“Zirə”yə böyük ümidlərlə transfer edilmiş Toni Qomeş ölkəmizi tərk etdikdən sonra İsraildə çıxış edirdi.

Sportal.az xəbər verir ki, qvineya-bissaulu forvard “Hapoel Hadera”da da çox qalmayıb. O, Cənubi Koreyaya yollanıb. 

25 yaşlı forvard Cənubi Koreyanın “Sonnam” klubu ilə anlaşıb. O, mövsümün sonuna qədər ikinci liqada oynayacaq.

Qeyd edək ki, Toni 2022-2023-cü illərdə "Zirə"də çıxış edib.


 

Xəbər xətti