"Nürnberq" "Hannover" səfərində: Mahir start heyətdə

15:17 - 29 Sentyabr 2024

Almaniya 2-ci Bundesliqasında 7-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Hannover"in qonağıdır.

Komandaların saat 15:30-da start götürəcək oyunda meydana çıxacağı heyətlər müəyyənləşib. Mahir matça start heyətində başlayacaq.

Qeyd edək ki, Mahir Emreli "Nürnberq"lə 1+1 illik müqavilə imzalayıb.

Xəbər xətti