Avropa nəhəngləri 18 yaşlı braziliyalı üçün mübarizə aparır

22:33 - 30 Sentyabr 2024

"Palmeyras"ın müdafiəçisi Vitor reis karyerasını Avropada davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki. bir çox klub 18 yaşlı futbolçu ilə yaxından maraqlanır. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.

"Arsenal" və "Real" braziliyalı mərkəz müdafiəçisi üçün onun klubu ilə ilkin danışıqlara başlayıb.

Vitor Reisi transfer etmək istəyən klublar arasında "Barselona", "Çelsi" və "Liverpul" da var. "Palmeyras" gənc oyunçu üçün 100 milyon avro tələb edir.

Qeyd edək ki, Vitor reis "Palmeyras"ın yetirməsidir. Braziliya U-17 millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol vurub. Onun klubu ilə müqaviləsi 2028-ci ilin sonuna kimidir.

Xəbər xətti