Futbol üzrə Azərbaycan 1-ci Liqasında 5-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Zaqatala" doğma meydanda "Baku Sportinq"i qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 11-ə yüksəldən "Zaqatala" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 4 xalı olan "Baku Sportinq" isə 8-ci yerdədir.
“Zaqatala” – “Bakı Sportinq” - 2:0
Qollar: J.Assumu, 61, R.İsmayılov, 90