1-ci Liqanın 6-cı turunun "Baku Sportinq" - "Qaradağ Lökbatan" matçının yeri dəyişdirilib.
Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Hava şəraiti ilə əlaqədar olaraq “Baku Sportinq Arena”nın ot örtüyünün yararsız vəziyyətə düşməsi ilə bağlı “Baku Sportinq” klubunun müraciəti, “Qaradağ Lökbatan” klubunun razılığı, Peşəkar Futbol Liqasının yekun qərarı ilə “Baku Sportinq” və “Qaradağ Lökbatan” klubları arasında keçirilməli olan 1-ci və 2-ci dövrənin oyunlarının yeri dəyişdirilib.
Komandalar arasında 6-cı turun oyunu Lökbatan OİK stadionunda baş tutacaq, oyunun günü və saatı ilə bağlı hər hansı bir dəyişiklik yoxdur.
saytlarin hazirlanmasi