"Zirə"nin hücumçusu Rüstəm Əhmədzadə Sportal.az saytına açıqlama verib.
O, Misli Premyer Liqasının 11-ci turunun "Araz-Naxçıvan" - "Zirə" görüşü haqda danışıb.
Əhmədzadə komandasının bu oyundakı 1:1 hesablı nəticəsini bu cür şərh edib: "Biz qələbə üçün oynayırdıq. Amma bəxtimiz gətirmədi. Halbuki qələbəyə yaxın idik. Prinsipcə, oyun bərabər səviyyədə idi. Sadəcə epizodu tapdıq və qol vurduq. Hər şey ona doğru gedirdi ki, qalib gələk. Ancaq sonlarda azca bəxtimiz gətirmədi. Bir xalla kifayətləndik. "Araz-Naxçıvan"ın xüsusi qol epizodu yox idi. Bəli, biz də ikinci qolu vura bilərdik ki, sonları daha inamlı oynayaq. Amma belə alındı. Məncə, biz qələbəyə daha yaxın idik".
"Zirə"nin futbolçusu növbəti turdakı "Şamaxı" görüşü barədə isə bunları deyib: "Şamaxı" ilk dövrədə bizi məğlub etmişdi. Bu mövsüm asan rəqib, asan oyun yoxdur. Hər rəqiblə oyuna yüksək motivasiyada çıxıb, bütün gücünü qoymalısan. Əks halda, daha çətin olur".
saytlarin hazirlanmasi