İntizam Komitəsi I Liqa klublarını cərimələdi

15:30 - 30 Oktyabr 2024

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda I Liqanın VI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

24 oktyabr 2024-cü il tarixində I Liqada VI turun  MOİK – “Karvan” oyununda “Karvan” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” komandası 70 manat cərimə edilir (maddə 37);

26 oktyabr 2024-cü il tarixində I Liqada VI turun “Qəbələ” – “İmişli” oyununda “Qəbələ” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Qəbələ” komandası 70 manat cərimə edilir (maddə 37);

26 oktyabr 2024-cü il tarixində I Liqada VI turun “Qəbələ” – “İmişli” oyununda “İmişli” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” komandası 70 manat cərimə edilir (maddə 37);

Xəbər xətti