"Zirə"nin legioneri: "Şanssızlıq oldu, halbuki qalib başa vurmaq istəyirdik"

14:48 - 31 Oktyabr 2024

"Zirə"nin müdafiəçisi Ange Mutsinzi Sportal.az saytına açıqlama verib.

Qəsəbə təmsilçisinin üzvü Misli Premyer Liqasının 11-ci turunun “Araz-Naxçıvan”la görüşdəki 1:1 hesablı bərabərliyini şərh edib:

"Maraqlı oyun idi. Sadəcə son dəqiqədə üç xalı əlimizdən buraxdıq. Buna görə çox təəssüflənirik. Halbuki oyunu qalib başa vurmaq istəyirdik və buna da yaxın idik. Yaxşı da oynamışdıq. Şanssızlıq oldu. Son dəqiqələrdə şanssız penaltidən qol buraxdıq. Halbuki qalib gəlməyə layiq idik. Qol imkanlarımız da az deyildi. Artıq bu oyun geridə qaldı və qarşıdakı tura hazırlaşırıq. Son üç turda qalib gələ bilməməyimizə gəlincə, futbolda hər şey olur. Biz daim işləyirik, qalib gəlməyə çalışırıq. Qarşıdakı oyunda qalib gələcəyimizə inanıram".

Ruandalı futbolçu Misli Premyer Liqasının 12-ci turunda üz-üzə gələcəkləri “Şamaxı” ilə oyun haqda da fikirlərini bildirib:

"Azərbaycan Premyer Liqası həqiqətən çətin liqadır. Bütün komandalar güclüdür. Heç bir oyun asan keçmir. Hər bir oyunda maksimum güc vermək lazımdır. “Araz-Naxçıvan”la oyun geridə qaldı. Artıq biz sabahdan “Şamaxı” ilə oyuna fokuslanacağıq. Biz bu oyunda bütün gücümüzü verəcəyik ki, maksimum xal qazanaq".
 

Xəbər xətti