"Liverpul" və Fransa millisində oynamış forvard Bakıya gələcək - FOTOLAR

19:22 - 9 Dekabr 2024

Mayın 21-dən iyunun 1-nə qədər Bakıda minifutbol üzrə dünya çempionatı keçiriləcək.

Fransa millisi də Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının 32 iştirakçısından biri olacaq. 

Sportal.az xəbər verir ki, fransızların heyətində Bakıya böyük ehtimalla gələcək futbolçulardan biri dünyaca tanınmış futbolçudur. Belə ki, Fransa əsas millisində və  "Liverpul"da aparıcı oyunçu olmuş Cibril Sisse artıq minifutbol yığmasının üzvünə çevrilib.

Fransanın minifutbol millisinin məşqçilər korpusunun onu paytaxtımızda baş tutacaq mundial üçün heyətə daxil edəcəyi gözlənilir.

43 yaşlı veteran forvard “Oser”, “Liverpul”, “Sanderland”, “Panatinaikos”, “Latsio”, QPR, “Əl-Qarafa”, “Kuban”, “Bastiya”, “Sen-Pyeruaz”, “İverdon-Sport”, “Viçentsa” klublarında oynayıb. O, Fransa yığmasında 41 görüşə 9 qol vurub.

Mirbağırağa

 

Xəbər xətti