"Nyukasl" "Liverpul"u məğlub edərək 70 ildən sonra çempion oldu - VİDEO

23:24 - 16 Mart 2025

Bu gün İngiltərə Liqa kubokunun finalı keçirilib. 

Sportal.az xəbər verir ki, turnirin həlledici mərhələsində "Uembli" stadionunda  "Liverpul" "Nyukasl"la qarşılaşıb. "Nyukasl" rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb və kubokun qalibi olub.

Qeyd edək ki, "Nyukasl" sonuncu dəfə 1955-ci ildə FA kubokunu qazanmışdı.

İngiltərə Liqa kuboku
Final

20:30. "Liverpul" - "Nyukasl" 1:2

Qollar: Çyeza, 90+4 - Börn, 45, İsak, 52 

Xəbər xətti