“Qalatasaray”ın istədiyi özbək: "Bu haqda danışmağım klubuma qarşı hörmətsizlikdir"

13:47 - 30 Mart 2025

ÇSKA-nın yarımmüdafiəçisi Abbos Fayzullayevin “Qalatasaray”a keçmək ehtimalının olması haqda xəbər vermişdik.

Sportal.az xəbər verir ki, özbək futbolçu Türkiyə nəhənginin onunla maraqlanması haqda Rusiya mətbuatına danışıb. Fayzullayev məsələ haqda bunları deyib: 

"Qalatasaray” haqda danışmaq hazırkı komandama qarşı hörmətsizlikdir. Bu barədə nəsə demək istəmirəm. Çünki vaxtı deyil. ÇSKA ilə müqaviləm var, bu barədə danışmaq kluba qarşı hörmətsizlikdir. Bütün diqqətimi ÇSKA-ya yönəltmişəm".

Özbəkistan millisinin üzvü olan 21 yaşlı yarımmüdafiəçinin ÇSKA ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. O, 2023-cü il avqustun 4-dən Moskva təmsilçisinin formasını geyinir. Buna qədər isə Fayzullayev “Paxtakor”da oynamışdı.

Xəbər xətti