“Zirə” əsas oyunçularını buraxmaq niyyətində deyil.
Sportal.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi komandanın aparıcı futbolçusu və kapitanı olan Ruan Renatonun müqavilə müddətini artırmaq istəyir.
Bununla bağlı da klub rəhbərliyi Renato ilə ilkin təmaslara keçib. Amma mövsüm başa çatdıqdan sonra Renato ilə danışıqların əsas mərhələsi baş tutacaq və braziliyalının komandada qalıb-qalmayacağı dəqiqləşəcək.
Qeyd edək ki, 31 yaşlı müdafiəçi 2023-cü il iyulun 1-də “Zirə”yə keçib və 2025-ci il iyunun 30-na qədər müqavilə müddəti qüvvədədir. O, karyerası ərzində “Qəbələ”, “Ponte Preta”, “Botafoqo”, “Fiqeyrense”, “Vitoriya”, “Austriya”, “Yuventude” lublarında çıxış edib.
saytlarin hazirlanmasi