"Beşiktaş" qələbə qazandı, "Hatayspor" aşağı liqaya düşdü - VİDEO

23:53 - 25 Aprel 2025

Türkiyə Super Liqasında 33-cü turun oyunlarına start verilib.

Sportal.az xəbər verir ki, doğma meydanda "Hatayspor"u qəbul edən "Beşiktaş" 5:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Hatayspor"un bu məğlubiyyətlə sona 5 tur qalmış 19 xalla aşağı liqaya düşəcəyi dəqiqləşib. Daha öncədən isə,"Adana Dəmirspor" aşağı liqaya vəsiqə qazanan ilk klub olub. "Beşiktaş" isə bu qələbə ilə 52 xalla 3-cü pilləyə yüksəlib.

Türkiyə Super Liqası

33-cü tur

"Beşiktaş" - "Hatayspor" 5:1

Qollar: C.İmmobile,36(pen), 52(pen), 59, Rafa Silva,53, K.Arroyo,78, - A.Parmak,20

 

Xəbər xətti