Qətərin ev sahibliyi etdiyi FİFA U-17 dünya çempionatına yekun vurulub.
Sportal.az xəbər verir ki, mundialın qalibi Portuqaliya yığması olub.
Binonun baş məşqçisi olduğu komanda Əl-Rayyanda keçirilmiş həlledici görüşdə Avstriyaya qalib gəlib.
Finaldakı tək qolu 32-ci dəqiqədə Anisio Kabral vurub.
Bürünc medalları isə İtaliya yığması qazanıb. Onlar penaltilər seriyasında Braziliyanı 4:2 üstələyib.
saytlarin hazirlanmasi
