"Zirə" "Kəpəz"i məğlub etdi, Tovuzda qalib müəyyənləşmədi - YENİLƏNİB

20:22 - 28 Noyabr 2025

Bu gün Misli Premyer Liqasında 13-cü tur start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.

"Kəpəz" "Zirə"ni qəbul edub. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb. "Turan Tovuz" isə "Neftçi" ilə qarşılaşıb. Burada qalib müəyyənləşməyib.

Misli Premyer Liqası. 13-cü tur

28 noyabr (cümə)

14:00 “Kəpəz” - “Zirə” 0:2
Qollar:
Leroy Mikels, 62, İssa Cibrilla, 84
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Yevlax şəhər stadionu

18:30 “Turan Tovuz” - “Neftçi” 0:0

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu

Xəbər xətti