"Turan Tovuz", "Kəpəz" və "Karvan-Yevlax" cərimələndi

15:15 - 6 Fevral 2026

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XVIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

30 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun “Karvan-Yevlax” – “Sumqayıt” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Karvan-Yevlax” komandası 1000 manat cərimə edilsin (maddə 68);

31 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun “Kəpəz” – “Şamaxı” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Kəpəz” komandası 1000 manat cərimə edilsin (maddə 68);

31 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun “Kəpəz” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Kəpəz” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

1 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun “Qarabağ” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

Xəbər xətti