Azərbaycan Premyer Liqasının XX turunda “Qəbələ” doğma meydanda “Sabah”a məğlub olub – 0:1.
Sportal.az "idmanxeber.az"a istinadən xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində yaşanan bir epizod matçın önünə keçib. Belə ki, bölgə təmsilçisinin qolu VAR hakiminin müdaxiləsi ilə ləğv edilib.
Qərarın doğru olub-olmamasını bilmək üçün türkiyəli sabiq FİFA referiləri Ali Palabıyık və Bahattin Durana müraciət etdik. Hakimlər epizodu belə şərh etdi:
Bahattin Duran (Çempionlar Liqasının finalına təyinat alan hakim): “Topun ələ dəyməsi qayda pozuntusu deyil. Qayda pozuntusu sayılması üçün topun qəsdən əllə oynanması lazımdır. Amma yalnız bir istisna var: hücumçunun əlinə top təsadüfən dəysə belə, həmin epizodun davamında qol vurulursa, qol ləğv olunur”.
Ali Palabıyık: “Hücumçunun top əlinə dəydikdən sonra qol vurması oyun qaydalarına görə ləğv edilməli olan haldır. Hücum oyunçusunun əlinə top dəydiyi anda epizodun davamı qol olursa, əlin hansı vəziyyətdə olmasına baxılmır. Qırmızı formalı oyunçu topu əli ilə saxlayır və komanda yoldaşı üstünlüyə yiyələnir. Qolun ləğvi düzgün qərardır.
saytlarin hazirlanmasi
