"Futbolçularımı tanıya bilmədim"
“Matç haqqında danışmaq mənim üçün çox ağırdır. Çox məyusam. Futbolçularımı tanıya bilmədim. Biz ötürmələrdə çoxlu səhvlərə yol verdik və belə də rəqib daha çox üzərimizə gəlməyə başladı".
Sportal.az xəbər verir ki, bu sözləri "Makkabi" məğlubiyyətindən sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak deyib. Çox məyus olduğunu deyən uelsli mütəxəssis sözlərinə belə davam edib:
"Məncə bu hesabla məğlub olmaqla hələ yaxşı qutardıq. Düzdür, ilk hissə də yaxşı təsir bağışladıq. Rəqibin hücumlarının qarşısını almağı bacardıq. Amma ikinci yarıda bərbad bir oyun sərgilədik. Nildo və Tounkara real qol şanslarını boşa verdilər. Biz bir top vurmaqla cavab oyununa böyük üstünlük əldə edəcəkdik. Bununla belə hələ heç nə bitməyib. Biz Azərbaycan kubokunun yarımfinal qarşılaşmasının ilk oyununda da belə zəif təsir bağışlamışdıq. Amma Lənkəranda cavab oyununda əsaslı dönüş edib finala adladıq. Nəticəyə görə “Xəzər Lənkəran” azarkeşlərindən üzr istəyirəm".
saytlarin hazirlanmasi