"Hamımız 3-cü mərhələyə keçməyimizi birlikdə görəcəyik" MÜSAHİBƏ

11:56 - 19 İyul 2013

Riçard Almeyda: "Rəqib hesabı açdıqdan sonra daha çətin idi onlara qarşı oynamaq"
 
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın Sportal.az saytına müsahibəsi
 
 
- “Pyast”la oyun haqqında nə deyərdin?
- Çox çətin oldu. Gördünüz ki, rəqib daha çox atletik futbol oynayır. Onlar hava toplarında bizdən çox üstün idilər. Elə bunun nəticəsi idi ki, hesabı açdılar. Amma biz çox çəkmədi ki, hesabı bərabərləşdirdik. İkinci hissədə də təzyiqi artırıb, daha bir qol vurub qalib gəldik.
 
- “Qarabağ” nə üçün birinci hissənin 10-cu dəqiqəsindən sonra meydanda zəif görünməyə başladı?
- Yox, mən elə deməzdim. Rəqib komanda yaxşı idi, amma mən inanıram ki, biz onlardan daha yaxşı idik. Onların birinci hissədə tez qol vurması hardasa oyunumuza təsir etdi. Rəqib hesabı açdıqdan sonra daha çətin idi onlara qarşı oynamaq. Çünki tam heyətlə müdafiə olunurdular. Amma yenə də biz qollarımızı vurub qalib gəldik və çox sevincliyik.
 
- Polşalıların  Bakıda qol vurması səfərdə sizin üçün problem olmayacaq?
- Biz ora gedib öz oyunumuzu oynayıb, mərhələ adlamağa çalışacağıq. Bizim üçün fərq etməz rəqib qol vurub və ya vurmayıb. Nə olacağını 25-i siz də görəcəksiniz.
 
- Rəqib meydanındakı oyunda qalib gələ biləcəksiz?
- Biz onların oyununu canlı gördük və öyrəndik. Orda necə bir komanda olduğumuzu sübut edəcəyik.
 
- “Qarabağ”ı indidən 3-cü mərhələdə görürsən?
- Bunu ancaq ikinci oyundan sonra deyə bilərəm. Polşaya səfərimiz çətin olacaq. Bizimlə birlikdə sizlərdə görəcəksiniz ki, biz 3-cü mərhələyə adladıq və ya yox.
 
- “İnter” və “Xəzər Lənkəran” da Avroliqada bu gün meydana çıxdı və hər ikisi məğlub oldu. O komandalar haqqında nə fikir bildirərdin?
- Mən ancaq öz komandam haqqında danışmağı xoşlayıram. Digər komandalar haqqında nəsə deyə bilmərəm.
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti