Elşən Məmmədov: "O, bir neçə futbolçunun haqqını yedi"
AZAl-ın sabiq futbolçusu Elşən Məmmədovun Sportal.az-a videomüsahibəsi
- Geridə qalan mövsümü necə dəyərləndirirsən?
- Geriyə dönüb baxanda, bu mövsüm mənim üçün elə də uğurlu alınmadı. Bunun səbəbi çox oyunlarda oynamamağımdı. Bir çox oyunlarda ehtiyyatda otururdum, hətta bəzi oyunlarda ilk 18-liyə daxil edilmirdim. Ona görə də bu mövsümü özüm üçün uğursuz sayıram.
- Deyirsən ki, uğursuzluğun əsas səbəbi meydanlarda az görünməyim idi. Təxminən çempionatda 4 oyunda meydanda olmusan. Bəs az oynamağının əsas səbəbi nədi?
- Təlim-məşq toplnaışında olmuşdum, çempionata yaxşı hazırlaşmışdım. İlk turlarda gözləyirdim ki, əsas heyətdə yer alım, amma baş məşqçinin qərarına əsasən 18 turda ilk 18-liyə salınmadım. Amma məşq edirdim, fəallıq göstərirdim. İlk dəfə isə çempionatda “Neftçi” ilə qarşılaşmada ehtiyyatdan meydana daxil oldum.
- 18 tur ilk 18-liyə daxil edilmədiyini deyirsən. Baş məşqçi ilə problemin var idi?
- Problem deyəndə, münasibətimiz pis deyildi. Əsl peşəkar futbolçu-məşqçi münasibətləri idi. Mən neçə illərdi ki, Azərbaycan Premyer Liqasında oynayıram, amma başa düşmədim ki, məni niyə 18-liyə düşə bilmirdim. Bu sırf baş məşqçinin mənə güvənməməsi idi. Məşqlərdə nə qədər çalışsamda, 18-liyə salınmırdım. Dekabra kimi baş məşqçi deyərdi ki, futbolçu məşqlərini dayandırmamalıdı, öz üzərində işləməlidi. Amma təəssüflər olsun ki, Vaqif Sadıqov dediyi sözləri yerinə yetirmədi. O, dediyi sözünün üstündə durmadı. Elə futbolçu var idi ki, həftələrlə məşq etmirdi, amma oyun vaxtı gələndə o, futbolçuya güvənilirdi. Həftələrlə məşq edən futbolçulara biganə yanaşırdı. Vaqif sadıqov əcnəbilərə üstünlük verməsi açıq-aşkar görsənirdi. Bir dənə Cahangir Həsənzadəni çıxmaq şərtilə demək olar ki, oyunçularım hamısı əcnəbilər idi. Nduka, Tagim Novruzov kimi futbolçular milliləşmiş futbolçulardı və Cahangirlə birlikdə bunlar yerli futbolçular kimi meydanda olurdular. Bir məqam da var iki, bir nəfər 21 yaşlı futbolçu oynamalı idi. Burada isə ancaq Cahangir Həsənzadə oynayırdı. Çox komandalarda oynamışam və çox əcnəbi, yerli məşqçilərlə işləmişəm. Yeganə komanda AZAL idi ki, oyuna 10 gün qalmış komandanın heyyəti bilinirdi. Məşq prosesində kim əzimkarlıq göstərirdi ki, kim işləyirdi ona “nakitqa” verilirdi, amma oyun vaxtı görürdün ki, ehtiyyatdasan. Həmişə oyundan qabaq Vaqif Sadıqov deyərdi ki, “mənim əsas heyyətdə oynayan 11 futbolçum yox, 20 futbolçum var”. Amma oyun vaxtı gələndə isə bu sözlər yaddan çıxırdı. Peşəkar futbolçu öz üzərində çalışırdı ki, komandada yer ala bilsin. AZAL-da isə nə qədər çalışsan da, əzimkarlıq göstərsən də ehtiyyatda qalacaqsan. Vaqif Sadıqov artıq öz 11-liyini qurmuşdu, baxmışdı və nə qədər əzimkarlıq göstərsəndə boş şey idi. Mən fikirləşirəm ki, ilk “altılığ”a düşməməyimiz ən böyük səbəbi də bunlar oldu. Komandada rəqabət olmayanda gətirib buna çıxartdı. Vaqif müəllim komandada rəqabət yaratmadı. Bir oyunçu 10 tur 90 dəqiqə oynayanda, istər-istəməz onun gücü aşağı düşür. Ehtiyyatda olan futbolçular, mən özümdən danışıram, ən azından 15-20 dəqiqə meydanda mübarizə aparsaydıq, biz də hazır olardıq. Deyə bilərsinizmi, AZAL-da bir oyunçu ehtiyyatdan oyuna daxil oldu və fərqləndi. Var belə oyunçu? Yox. Niyə? Çünki komandada rəqabət yoxdu. Nildonu götürək. O, 8 tur qol vura bilmədi, amma yenə də o oynadı. Mənim kimi bir neçə futbolçuya şans versəydi, hər şey başqa cür ola bilərdi. 18 tur azarkeşlərin yanında otururdum. Mən Sadıqova özümü necə sübut edə bilərdim. Əslində Sadıqov bəzi komponentlərdə digər məşqçilərdən fərqlənir. Mən çox oyunlarda ehtiyyatda oturmuşam, çox vaxt Vaqif Sadıqov stadionda olan oyunçuları nalayiq söyüşlərlə təhqir edirdi. Əslində baş məşqçi futbolçularla ünsiyyət qurmalı və güclü psixoloq olmalıdı. Təəssüflər olsun ki, bunları bacara bilmirdi. Hələ bir dəfə də meydanda olan futbolçulardan biri oyundan sonra onun otağına girib demişdi ki, “mənə söyürdün o süyüşü?”, o da demişdi ki, “yox mən əsəbi olmuşam və öz-özümə danışıram”. Belə şeylər əslində baş məşqçiyə yaraşmayan hərəkətlər idi. Bu heç bir məşqçiyə baş ucalığı vermir.
- Sənin mövqeyində hansı futbolçu səndən güclü idi ki, sən bu qədər ehtiyyatda oturmağa məcbur qalmısan?
- Mən deməzdim ki, bu gücdən irəli gəlir. Hər bir futbolçuya şan verilməli idi. 30 turda sadecə 4 oyunda iştirak etdim və toplam 60 dəqiqə futbol oynamışam. Bu il mən futbol oynamadım və karyeramda mənə böyük zərbə oldu. Çünki futbolçu özünü meydanda sübut edər. Elxan Abdullayevin, Rafiq Mirzəyevin vaxtında heyyətdən yer alırdım və qol vururdum.
- Belə çıxır ki, AZAL-a keçməyinə peşmansan?
- Mən peşmanam ki, Vaqif Sadıqov orada baş məşqçi oldu. Amma həqiqətəndə Vaqif müəllim gələndə mən çox sevinmişdim. Milli komandaya ilk dəfə o, məni dəvət etmişdi. Zədəli oyunçu var idi və onun yerinə mənə dəvət göndərmişdi. Uels komandasına qarşı oynayırdım. 2-0 hesabı ilə məğlub olmuşduq. İlk təyinatda onun Vaqif müəllimin adı açıqlananda çox sevinmişdim. Azərbaycan məşqçilərinə hörmətim var və istəyirəm ki, komandalarımızda yerli mütəxəssislər işləsin. Amma təəssüf ki, o bir neçə futbolçunun haqqını yedi.
- AZAL-dan ayrılmısan. Özün də istəyirdin ayrılmaq, yoxsa onlar göndərdi?
- Özüm də istəyirdim. Çünki gərək oyunçunun oynamaq perspektivi olsun. O bildirirdi ki, sənə güvənmirəm Yenə də sonu ehtiyyatda qalmaq, 18-liyə düşməmək. Az çox çempionatda özümü sübut etmişəm. Hamı bilir mən necə futbolçu olmuşam.
- Bir vaxtlar bir neçə klublarda, yığma komandada oynamısan. Hal-hazırda sənə digər klublardan təklif var?
- Real təklif yoxdu.
- Bəs bu vəziyyətdə karyeranı bitirmək istəyirsən?
- Hələ qərar verməmişəm. İnşallah, yaxın günlərdə qərar verəcəm. Amma hələ ki, bitirmək istəmirəm.
- AZAL-ı büdcəsi azaldıldı. Keçmiş komandandan qarşıdakı mövsüm nə gözləyirsən?
- Keçən ilə müqayisədə komandanın heyəti çox zəifdi. Bir çox futbolçular komandanı tərk etdilər. Büdcə azalması baxımından da güclü kollektiv yığmaq çox çətin olacaq. Məncə Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaqlar.
- Avrkuboklarda iştirak edən klublarımızın çıxışlarını necə dəyərləndirirsən?
- Potensialımız var. İldən-ilə hər şey göz qabağındadı. “Neftçi”nin şansı var və Çempionlar Liqasında oynamağa layiqdi. Hamısına uğurlar arzulayıram.
saytlarin hazirlanmasi