"Elə bir məşqçi var ki, AFFA rəhbərliyi qarşısında özünü ağa kimi aparsın?"

17:20 - 19 İyul 2013

Elçin Cəlilov: "Milliyə yerli məşqçi gəlsə, daha yaxşı olar"
 
“Medianın bir hissəsi deyir ki, bu, media və jurnalistlərin qələbəsidi. Yəni mətbuat təzyiq etdi, bu belə oldu. Yox, əslində belə deyil”. 
 
Bu sözləri Sportal.az-a açıqlamasında “Futbolpress.az” saytının baş redaktoru Elçin Cəlilov deyib. Belə ki, AFFA-nın baş katibi Elxan Məmmədov Berti Foqtsla müqavilənin müddəti ilin sonunda bitdiyindən yeni namizədlər siyahısının hazırlanacağını deyib. Cəlilov da bu fikrə münasibət bildirib və milliyə yerli məşqçinin gətirilməsinin tərəfdarı olduğunu söyləyib:
 
 “5 ildən sonra bu qərarı vermələrinin mediaya heç bir aidiyyatı yoxdu. Sadəcə Lüksemburqla oyundan sonra mediada belə bir xəbər çıxmışdı ki, Rövnəq Abdullayev bərk əsəbləşib. Bax, o xəbər doğru xəbər idi. Bu gün Azərbaycanın oyunu xoşuma gəldi, nəsə bir şey xoşuma gəlməsə, durub qərar verəcəm ki, Berti Foqtsu çıxaraq. Peşəkar şəkildə bunu düşünmək və təhlil etmək lazımdı ki, nəyə görə onu çıxarırırq? Məqsəd nədi, səbəb nədi? Çıxıb ictimaiyyət qarşısında da açıqlamaq lazımdı ki, nəyə görə biz belə qərar verdik? Belə şey yoxdu və heç vaxt da olmayıb. Onların peşəkar addım atdığını heç vaxt görməmişik və inanmıram da hansısa peşəkar bir addım atsınlar. Qaldı ki, seçim məsələsinə, əvvəl əcnəbi məşqçilərə üstünlük verərdim. Amma axır vaxtlar fikirləşirəm ki, yığmamızı yerli məşqçi çalışdırmalıdı. Əsas yerli məşqçinin çalışdırması deyil. Kim çalışdıracaqsa, o adam doğrudan da futbolçuların üzərində baş məşqçi olmaldı. Məsələnin digər bir tərəfi də var. Görəsən, elə bir məşqçi var ki, AFFA rəhbərliyi qarşısında özünü ağa kimi aparsın? Mən baxıram ki, çox azdı. Ad çəkməyəcəm. Amma bir neçəsi var. Hər halda yığmaya yerli məşqçi gətirilməlidi. Ona görə ki, müəyyən bir məşqçi kütləsi yetişməkdədi. Psixoloji tərəfdən futbolçuları daha yaxşı tərəfdən tanımaq, Foqtsdan fərqli olaraq onları daha yaxından izləmək, futbol olan bölgələrə tez-tez gedib baxmaq, Bakıda, Qəbələdə futbol akademiyaları var, müxtəlif yaş qruplarından olan futbolçuları ciddi izləmək, onların arasında isdedadlı varsa, onları tapıb ortaya çıxarmaq lazımdı. Yerli mütəxəssilərin köməyi ilə yeni nəsli cilalalmaq lazımdı. Çünki artıq görürük ki, klublarımız inkişaf etməkdədi. Artıq klublar Avroliqada bir, iki mərhələ keçə bilirlər. “Qarabağ” çox düzgün seleksiya etməklə çox səliqəli şəkildə mübariz bir komanda formalaşdırıb. Məsələn, Qurban Qurbanovun yığmaya gətirilməsinin əksinə olmuşam. Mən onu qəbul etməzdim. Amma artıq onun haqqında müsbət düşünməyə başlamışam və görürəm ki, sabit bir komanda qurub. Yaxşı olardı ki, “Qarabağ”da qalsın və paralel yığmada da işləsin. Nazim Süleymanov da namizəd ola bilər. Çünki artıq təcrübə yığıb. Vaqif Sadıqov da ola bilər. Yəni yerli məşqçi gəlsə, daha yaxşı olar”. 

Xəbər xətti