"Onun komandaya necə kömək edəcəyini görəcəksiniz" MÜSAHİBƏ

12:33 - 20 İyul 2013

Reynaldo: "Bu mövsüm qollarımı bir - birinin ardınca sıralayacağam"
 
Sportal.az "Qarabağ"ın Braziliyalı yarımüdafiəçisi Reynaldo Dos Santosun müsahibəsini təqdim edir:
 
- Başlayaq “Piast”la ilk oyundan. Oyun necə keçdi?
- Yəqin siz də gördünüz rəqib bizə çətin anlar yaşatdı. Onlar çox hündür idilər. Rəqib taktiki cəhətdən çox güclü idi.
 
- İlk hissədə komanda zəif oynadı. Bunun səbəbi nə idi?
- İlk hissədə belə oyun göstərməyimiz normal idi, rəqib bizə qarşı başqa oyun göstərdi. Rəqibin oyunçuların hündür olması topu qazanmaqlarına kömək edirdi. Sonradan bizim oyunumuz alındı və daha çox yerlə oynamağa çalışırdıq. Daha sonra aqressiv oyun göstərərək qələbə qazandıq
 
- Komandaya yeni qoşulan futbolçular haqqında nə deyə bilərsən? Nikolas Gelaşvili son 3 oyun heç nə edə bilmir. Niyə?
- Nikolas qısa müddətdə komandaya necə kömək edəcəyini görəcəksiniz. Leroy və Kapo onlardan gözlənilən oyunu göstərməyə çalışırlar.  Onlar yaxşı ki, komandaya qoşulublar
 
- Avroliqada son 3 oyunda 2 qol vurdun. Polşada qol vuracağına söz verirsənmi?
- Qol vurmaq üçün əlimdən nə gəlir edəcəyimə söz verirəm. Qolu kim vurursa vursun əsas odur ki növbəti mərhələyə keçək. Bu mövsüm qollarımı bir-birinin ardınca sıralayacam.(gülür)
 
- Səncə, növbəti mərhələ üçün hal-hazırda kim favoritdir?
- Hər iki komandanın şansları bərabərdir. Səfər oyunu çox çətin olacaq. Amma biz maksimum çalışacağıq ki, növbəti mərhələyə biz yüksələk.
 
- “Qarabağ” səfərdə müdafiə oyunu oynayacaq yoxsa həmişəki oyun üslubunuzla?
- Hələlik bu barədə baş məşqçi ilə söhbətimiz olmayıb. Ona görə heç nə deyə bilmərəm
 
- Bu mərhələni keçsəniz, növbəti mərhələdə Kiprin “Anortosis” komandası ilə qarşılaşacaqsınız. Bu barədə nə deyə bilərsən?
- Hələlik bu mərhələni keçək, növbəti mərhələ haqqında danışmaq üçün kifayət qədər vaxtımız olacaq.
 
Sportarena.az

Xəbər xətti