"Bakı" və "Xəzər Lənkəran" məni heyətində görmək istəyirdi" MÜSAHİBƏ

14:05 - 20 İyul 2013

Ağaseyid Qasımov: "Qurban müəllim məni öz kmandasına çağırdı və mən bu təklifi qəbul etdim"
 
"Qarabağ"ın gənc qapışısı Ağaseyid Qasımovun Sportal.az-a müsahibəsi
 
- Əvvəlcə səni tanıyaq...
- Mən Ağaseyid Qasımov 1997-ci ildə, martın 26-da Xaçmaz rayonunda anadan olmuşam. Ailənin tək övladıyam.
 
- Futbola gəlişin necə olub?
-Futbola məni atam gətirib. İlk dəfə futbolun sirlərini Xaçmazda öyrənməyə başlamışam.
 
- İlk məşqçin kim olub?
-İlk məşqçim Zöhrab Mahmudov olub. O, rayonumuzun ən güclü məşqçilərindən biridir. O, mənə çox kömək etdi. Sonra isə Bakıya gəldim.
 
- Bəs ilk dəfə hansı komandada çıxış etmisən?
- İlk dəfə "İnter" komandasına gəldim. Orada məşqçim Vəli Hüseynov idi. Mən sonra əvəzedici komanda getdim. Əvəzedici komandada məşqçimiz isə Üzeyir İbrahimov idi.
 
- "İnter"dən ayrılmağının səbəbi nə idi?
- Mənə "Qarabağ"dan təklif gəldi. Qurban müəllim məni öz kmandasına çağırdı və mən bu təklifi qəbul etdim.
 
- "Qarabağ"da əsas komandada məşq edirsən. Biz səni nə vaxt əsas komandanın qapıçısı kimi görəcəyik?
- İnşallah, qarşıdakı illərdə olacağam. Mən hələ gəncəm, amma əsas komandada oynamaq istəyərəm.
 
- "Qarabağ"da olduğun müddətdə başqa klublardan təklif almısan?
- Bəli, almışam. "Bakı" və "Xəzər Lənkəran" məni öz heyətində görmək istəyirdi. Mən isə "Qarabağ"da qaldım.
 
- Sənin "Qarabağ"da əsas hədəfin nədir?
- Hədəfim "Qarabağ"ın əsas komandasında çıxış etməkdir. Çox istəyirəm ki, komandanın əsas qapıçısı olum. İnşallah, bu istəyim həyata keçəcək.
 
Zamin HACI

Xəbər xətti