Özcan Bizati: "Azərbaycandan təklif gəlsə, müsbət baxaram"
“Bəli komandadan ayrıldım. Rəhbərliklə razılığa gələ bilmədik. Əsas səbəb istədiyim futbolçuları almadılar. Keçən ilki heyətdən bir neçə futbolçu itirdik".
Bu sözləri Sportal.az-a açıqlamasında Arif İsayev və Saşa Yunusoğlunun şərəfini qoruduğu "Dənizlispor"un istefa verən məşqçisi Özcan Bizati deyib. Bizati Arif və Saşanın gələcək taleyinə də toxundu:
Yeter Ersoyu və Kaheni aldıq. Arifin gəlişi ilə bağlı heç nə bilmirəm. Bu gün gəlməli idi, amma ondan bir xəbər yoxdu. Bu günə kimi iki futbolçu almışıq. Problemlər yaşandı və mən də istefa verdim. Mənim vaxtımda azərbaycanlı futbolçular yaxşı səviyyədə və peşəkar idilər. Rail Məlikov “Dənizlispor”da baş verən problemlər səbəbindən getdi. O, da “Qəbələ”yə transfer oldu. Arifin burada çıxışı uğurlu olacaq. Saşa da istedadlı və istiqanlı futbolçudu. Onun da burada uğur qazanacağını düşünürəm. Mənim yerimə hələ heç kim gəlməyib. Əgər Azərbaycandan təklif gəlsə, müsbət baxaram. Şərtlər məni qane edərsə, gəlib işləyərəm”.
saytlarin hazirlanmasi