Ramal Novruzov: "Komandamız məğlub olsa belə, heç bir istefa şüarları səsləndirməyəcəyik"
“Biz “Caspian Ultras” fan-klubu olaraq olaraq siyasətə qarışmırıq. Biz komandamızın arxasındayıq və sona kimi də onları dəstəkləyəcəyik. Biz çalışırıq ki, komandamız “qara zolaq”dan çıxsın. Banerlərə gəldikdə isə biz ümumiyyətlə siyasətə qarışmırıq. Bizim tək məqsədimiz “Xəzər Lənkəran”ın uğurlarıdı".
Bu sözləri Sportal.az-a açıqlamasında "Caspian Ultras" fan-klubunun rəhbəri Ramal Novruzov deyib. Novruzov əsas məqsədlərinin "Xəzər Lənkəran"ın uğurları olduğunu vurğuladı:
“Makkabi” ilə oyuna ciddi hazırlaşırıq. Bakıdan bir neçə avtobusumuz çıxacaq. Cəlilabad, Astara və Lənkəran filialımızla birlikdə 2000 üzvümüzlə komandamıza stadiondan dəstək olacağıq. Xüsusi şüarlar hazırlamışıq və məqsədimiz odur ki, Lənkəranda “Makkabi”ni lərzəyə salaq.
Bu futboldu və futbolda mümkünsüz heç nə yoxdu. İnanırıq ki, komandamız bu mərhələni keçəcək. Ən azından iki top vurub oyunu penaltilərə daşıyıb qalib gələ bilər. Biz buna inanırıq və inandığmız üçün də komandamıza dəstək olacağıq. “Xəzər Lənkəran” da bizim bu dəstəyimizi görüb meydanda qələbə qazanacaq.
Komandamız məğlub olsa belə, biz heç bir istefa şüarları səsləndirməyəcəyik. Biz fanatıq və bizim işimiz komandaya dəstək olmaqdı. Con Toşak komandanı yeni qurub və ondan tez bir vaxta nəsə tələb etmək düzgün çıxmaz. Biz Toşaka inanırıq və bir istəyimiz var ki, hər hansı bir mövqeyə çox tanınmış və güclü bir futbolçunu komandaya cəlb etsin”.
saytlarin hazirlanmasi